Almaniyada iki medal
Xəbərlər / 22 Mart 2026 | 22:3211032
Almaniyada iki medal

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vurulub.

 

Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçuları Mehdi Abbasov və Roman Qarayev (hər ikisi 81 kq)  U-21 yaş kateqoriyasında bürünc medala layiq görülüblər. 

 

Qeyd edək ki, Azərbaycan U-21 kateqoriyasında gənc oğlanların yarışında 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri komanda hesabında birinci pillədə başa vurub.