“Qəbələ”nin 6 futbolçusu Azərbaycan milli komandalarına dəvət alıb.
Müseyib Bəşirov U-19, Həbib Hüşənov, Rəvan Feyziyev və Ziya Şəkərxanov U-20, Qədir Ramazanov və Cuma Hüseynov U-21 yığmasına çağırılıb.
19 yaşadək futbolçulardan ibarət millimiz Bakıda keçirilən təlim-məşq toplanışından sonra Serbiyaya yollanacaq. Yığmamız noyabrın 9-dan 18-dək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 9-dan 15-dək Qəbələdə, ayın 16-dan 21-dək isə Bakıda təlim-məşq toplanışı keçəcək.
21 yaşadək futbolçulardan ibarət yığma noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Hazırlıq prosesi çərçivəsində komandamız Oman U-23 milli komandası ilə iki yoldaşlıq oyununa çıxacaq.