18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. U-18 avqustun 23-dən 31-dək Bakıda hazırlıq keçəcək.
Toplanışa “Qəbələ”nin 6 oyunçusu dəvət alıb. Murad Musayev, Eşqin Əhmədov, Ağabəkir Həşimli, Sənan Ağalarov, Samir Ağayev və Şahin Şahniyarov hazırlıq prosesində iştirak edəcək.
Millimiz toplanış çərçivəsində türkiyəli yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Bu matçlar avqustun 27-də və 30-da baş tutacaq.