Topaz Premyer Liqasında XXIII turun rəmzi komandası açıqlanıb. “İnstat” şirkətinin təhlilinə əsasən tərtib olunan “11-lik”də “Qəbələ”nin bir futbolçusu yer alıb. Bu, müdafiəçi Amin Seydiyevdir. O, “Qarabağ”la qarşılaşmada (1:2) nümayiş etdirdiyi oyuna görə rəmzi komandaya daxil edilib. Amin mövsümdə ikinci dəfə “11-lik”də yer alıb. O, ilk dəfə XVIII turda buna nail olub.