“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda keçirəcəyi oyunun hakimləri bəlli olub. Sentyabrın 15-də Belçikanın “Anderlext” klubu ilə keçiriləcək səfər qarşılaşmasını avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri kömək edəcək.
Xatırladaq ki, “Anderlext” - “Qəbələ” matçı Brüsseldə “Konstant Vanden Stok” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, I tur
15 sentyabr
21:00. “Anderlext” (Belçika) – “Qəbələ”
Baş hakim: Harald Lexner (Avstriya)
Baş hakimin köməkçiləri: Maksimilian Kolbitç, Andreas Heydenreyx (hər ikisi Avstriya)
Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam (hər ikisi Avstriya)
Dördüncü hakim: Andreas Staudinqer (Avstriya)
Brüssel. “Konstant Vanden Stok” stadionu