Andrey Qluşenko «Qəbələ»dən ayrıldı
Xəbərlər / 13 Yanvar 2016 | 10:05193
Andrey Qluşenko «Qəbələ»dən ayrıldı

"Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb. Ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb. Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib. Xatırladaq ki, Vüqar Məmmədov daha öncə də əsas komandada fəaliyyət göstərmişdi. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.

"Qəbələ" İdman Klubu Andrey Qluşenkoya komandadakı fəaliyyətinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar diləyir.