“Qəbələ” Türkiyə toplanışını davam etdirir. “Qırmızı-qaralar” Antalya şəhərində təşkil olunan hazırlıq prosesinin 3-cü gününü başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü iki məşqlə yekunlaşdırıb. Əlverişsiz hava şəraiti üzündən hər iki hazırlıq prosesi fitnes zalında baş tutub. Futbolçular fiziki təmrinləri yerinə yetiriblər.