Yanvarın 4-də Türkiyəyə yollanan “Qəbələ” mövsümün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ilk gününü fərdi fitnes çalışmaları ilə tamamlayıb.
Bu gün komandamızın iki məşqi baş tutub. Toplanışın ikinci günündəki hər iki hazırlıq prosesi meydançada gerçəkləşib. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.