Antalya gündəliyi 07.01.2018 - Fotoreportaj
Xəbərlər / 7 Yanvar 2018 | 22:28444
Antalya gündəliyi 07.01.2018 - Fotoreportaj

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. “Qırmızı-qaralar” təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub. Yanvarın 5-dən qonşu ölkədə olan “qırmızı-qaralar” günün ilk yarısında fiziki hazırlıq keçib. Komanda üzvləri məşq prosesini açıq havada gerçəkləşdirib. Ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçən “qırmızı-qaralar” günün ikinci məşqi zamanı meydançada çalışıb. Futbolçular əsasən toplu çalışmalara üstünlük verib. Zədədən sonra komandaya qoşulan Dion Malone fitnes zalında fərdi hazırlıq keçib.