2022/23 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” Antalya şəhərində təşkil olunan hazırlığın yeddinci gününü başa vurub.
Komandamız günü bir məşqlə yekunlaşdırıb. Elmar Baxşıyevin yetirmələrinin hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular əsasən toplu çalışmaları yerinə yetiriblər.