2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 7-ci gününü 2 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Pavol Farkaş və Dodo zədə səbəbindən məşq prosesində iştirak etməyib.