Antalya gündəliyi - 11.01.2023
Xəbərlər / 11 Yanvar 2023 | 21:191650
Antalya gündəliyi - 11.01.2023

“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının səkkizinci gününü başa vurub. 

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısında güclü yağışın müşayiəti ilə baş tutub. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.