2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 4-cü gününü 1 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında reallaşan məşq prosesi günün ikinci yarısında baş tutub. Məşqdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.