Antalya gündəliyi – 13.01.2023
Xəbərlər / 13 Yanvar 2023 | 22:061688
Antalya gündəliyi – 13.01.2023

“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 10-cu gününü başa vurub. 

Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq günün ilk yarısında baş tutub. Yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə yoxlama oyununda (2:2) qüvvəsini sınayan komandamız fitnes zalında bərpa məşqi keçib.