Antalya gündəliyi – 14.01.2019 Fotoreportaj
Xəbərlər / 14 Yanvar 2019 | 21:13263
Antalya gündəliyi – 14.01.2019 Fotoreportaj

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü arxada qoyub. Komandamız günü iki məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında baş tutan məşq prosesləri toplu və topsuz çalışmalardan ibarət olub. “Qaradağ Lökbatan”la yanvarın 12-də Bakıda keçirilən yoxlama oyununda zədələnən Ceyms Adeniyi fərdi hazırlıq keçib. Onun iki günə kollektiv çalışmalara qatılacağı gözlənilir.