2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 5-ci gününü 2 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri günün ilk yarısında baş tutan məşq prosesində əsasən topsuz çalışmalara üstünlük verib. “Qırmızı-qaralar” ikinci hazırlıq zamanı topla məşq edib. Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.