“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cu gününü başa vurub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 14-də Macarıstanın MKT klubu ilə yoxlama oyunu (0:3) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər. Hazırlığa qaçışla başlayan futbolçular ardınca fiziki təmrinlər yerinə yetirib, məşqi toplu çalışmalarla yekunlaşdırıblar.