“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının on ikinci gününü başa vurub.
Komandamız günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular toplu çalışmaları yerinə yetiriblər.