“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıb. Hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.