Antalya gündəliyi - 16.01.2022
Xəbərlər / 16 Yanvar 2022 | 20:56260
Antalya gündəliyi - 16.01.2022

“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 2-ci gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar.

Günün ilk məşqi fitnes zalında baş tutub. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada keçirilib. Komanda üzvləri toplu çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb. Zədədən sonra bərpa prosesi keçən Rüfət Əhmədov fərdi hazırlığını davam etdirib.