“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 3-cü gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədədən sonra bərpa prosesi keçən Rüfət Əhmədov fərdi məşq edib.
Xatırladaq ki, “Qəbələ” sabah Antalyada ilk yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Polşanın “Zaqlembe” klubu ilə görüşəcək. “İC Santai” Futbol Mərkəzindəki qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.