“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 6-cı gününü başa vurub. Komandamız günü iki məşqlə yekunlaşdırıb.
Günün ilk yarısında futbolçular fiziki təmrinləri icra ediblər. İkinci məşq isə əsasən toplu çalışmalar yerinə yetirilib. Zədədən sonra tam bərpa olunan Stiven Monrozla Ceyms Adeniyi komanda ilə birlikdə məşq edib.