Antalya gündəliyi – 19.01.2022
Xəbərlər / 19 Yanvar 2022 | 21:19241
Antalya gündəliyi – 19.01.2022

“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi iki qrupda gerçəkləşib. Yanvarın 18-də Polşanın “Zaqlembe” klubu ilə yoxlama oyununda (1:2) iştirak edən futbolçular fitnes məşqi keçiblər. Digər oyunçular meydanda toplu çalışmaları icra ediblər.