2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 10-cu gününü yekunlaşdırıb. “Qırmızı-qaralar” bu gün bir məşq keçib. Roman Qriqorçukun yetirmələrinin hazırlığı günün ilk yarısında baş tutub. Fitnes hazırlığı keçən futbolçular bərpa məşqi ilə kifayətlənib.