“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub. Komandamız günü iki məşqlə yekunlaşdırıb.
Məşqdən öncə komandanın çalışdırıcısı Elmar Baxşıyev futbolçular önündə 20 Yanvar faciəsi haqda çıxış edərək onları məlumatlandırıb. Ardınca Qanlı Yanvar gecəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla anılıb.
“Qırmızı-qaralar”ın hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.