“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 6-cı gününü başa vurub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Məşqdən öncə komandanın çalışdırıcısı Elmar Baxşıyev futbolçular önündə 20 Yanvar faciəsi haqda çıxış edərək onları məlumatlandırıb. Ardınca Qanlı Yanvar gecəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla anılıb. Ardınca baş tutan hazırlıq prosesi meydançada gerçəkləşib. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.
Xatırladaq ki, “Qəbələ” sabah Antalyada ikinci yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşacaq. “İC Santai” Futbol Mərkəzindəki qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.