“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 10-cu gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar.
Hazırlıq prosesi günün ilk yarısında gerçəkləşib. Sabah baş tutacaq yoxlama oyunu öncəsi məşq toplu və topsuz çalışmalardan ibarət olub.