2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 13-cü gününü 2 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında reallaşan ilk məşq prosesi günün birinci yarısında fitnes zalında baş tutub. Məşqdə komanda əsasən topsuz çalışmalar və müxtəlif fiziki terminlər yerinə yetirib. Günün ikinci yarısında isə “qırmızı-qaralar”ın növbəti məşqi baş tutub. Komandamız toplu çalışmalarla hazırlıq keçib.