2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 14-cü gününü 1 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıq günün ikinci yarısında gerçəkləşib. Məşq zamanı komanda əsasən toplu çalışmalara üstünlük verib, həmçinin müxtəlif fiziki terminlər yerinə yetirib.