Antalya gündəliyi – 23.01.2020
Xəbərlər / 23 Yanvar 2020 | 20:28206
Antalya gündəliyi – 23.01.2020

2019-2020-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir. “Qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 12-ci gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə yoxlama oyunu (0:0) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər. Hazırlıq prosesi əsasən topsuz çalışmalardan ibarət olub.