“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. “Qəbələ”nin Antalya toplanışındakı son məşqi toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq prosesində komandamızın yeni transferi Patrik Alfinete Robson da iştirak edib. Bərpa prosesi keçən Rüfət Əhmədov fərdi məşqlə kifayətlənib.
Xatırladaq ki, “Qəbələ” sabah Antalyada son yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Çexiya “Bohemians”ı ilə qarşılaşacaq. “İC Santai” Futbol Mərkəzindəki qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.