Antalya gündəliyi - 24.01.2015
Xəbərlər / 24 Yanvar 2015 | 19:16146
Antalya gündəliyi - 24.01.2015

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 20-ci gününü 1 məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

Xatırladaq ki, "Qəbələ" sabah - yanvarın 25-də təlim-məşq toplanışı çərçivəsində 6-cı yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda "qırmızı-qaralar" Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşacaq.