Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü başa vurub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Elmar Baxşıyevin yetirmələrinin hazırlıq prosesi günün ilk yarısında gerçəkləşib. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.