“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər.
Xatırladaq ki, “Qəbələ” sabah toplanış çərçivəsində son oyununu keçirəcək. Komandamız Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 27-də səhər saatlarında Antalyanı tərk edəcək “qırmızı-qaralar” vətənə yola düşəcək.