Antalya Gündəliyi – 27.01.2012 Fotoreportaj
Xəbərlər / 26 Yanvar 2012 | 20:00355
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bugün iki məşqlə təlim-məşq toplanışının 8-ci gününü yekunlaşdırıb.Komanda günün ilk yarısında “Gloria Serenity” otelinin fitness zalında fiziki çalışmalar yerinə yetirib. Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli Vurğun Hüseynov və icazəli Deon Bartondan başqa bütün futbolçular iştirak ediblər.
Komanda sabah da hazırlıq toplanışını iki məşqlə davam etdirəcək.