Antalya Gündəliyi – 28.01.2012 Fotoreportaj
Xəbərlər / 28 Yanvar 2012 | 20:00371
Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bugün iki məşqlə təlim-məşq toplanışının 9-cu gününü yekunlaşdırıb.Komanda günün ilk yarısında əsasən uzaqdan qapıya zərbələr üzərində çalışıb. Günə toplu çalışmalar və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli olan Vurğun Hüseynov, ayağında ağrılar hiss edən Pavel Doreşev və icazəli Deon Barton iştirak etməyib.
Sabah isə “Qəbələ” Antalyada üçüncü yoxlama oyununda gücünü sınayacaq. Komandamız Rumıniyanın “Vitorul Konstanta” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 17:00-da baş tutacaq.