2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir. “Qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 9-cu gününü başa vurub. Komandamız günü bir məşqlə tamamlayıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günün ikinci yarısında hazırlıq keçib. “Qırmızı-qaralar” iki qrupda məşq edib. Qruplardan biri fitnes zalında fiziki hazırlıq üzərində çalışıb. Digər futbolçular isə meydançada toplu çalışmaları icra edib.