Antalya gündəliyi – 30.01.2012
Xəbərlər / 29 Yanvar 2012 | 20:00781
Antalya gündəliyi – 30.01.2012

Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bugün iki məşqlə təlim-məşq toplanışının 11-ci gününü yekunlaşdırıb. Komanda günün ilk yarısında qaçış və fiziki çalışmalar yerinə yetirib. Günə toplu çalışmalar  və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə  Vurğun Hüseynov, Rövşən Əmiraslanov və Deon Barton iştirak etməyiblər. 

Komandamız sabah yoxlama oyunları çərçivəsində 4-cü oyununa çıxacaq. “Qəbələ” Ukrayna Premyer Liqasında mübarizə aparan  “Obolon” klubu ilə münasibətlərini aydınlaşdıracaq. Matç Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.