Antalya toplanışının ikinci hissəsinə start verildi - Fotoreportaj
Xəbərlər / 19 Yanvar 2014 | 21:43265
"Qəbələ" 2 günlük aradan sonra Antalyada təlim-məşq prosesesini bərpa edib. "Qırmızı-qaralar" günü 2 məşqlə yekunlaşdırıb. Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Günün ilk yarısında əsasən yüngül fiziki məşqlərə, ikinci hissəsində isə toplu çalışmalara üstünlük verilib. Günə ikitərəfli oyunla yekun vurulub. Sadiq Quliyev, Amit Quluzadə və Rail Məlikov komandadan ayrı çalışıb.