Antalyada 5 medal
Taekvondo / 9 Fevral 2017 | 23:061066
Antalyada 5 medal

Türkiyənin Antalya şəhərində keçirilən Klublararası Avropa çempionatına yekun vurulub. Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvəsini sınayıb. 
40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda taekvondoçularımız 5 medal qazanıb. Ötən il Rioda keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqani (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər 4 taekvondoçumuz isə gənclərin yarışında fərqlənib. Orxan Tağızadə (+78 kq) 1-ci, Qasım Aslanov (59 kq) və Cavad Ağayev (63 kq) 2-ci, Nərgiz Mirzəyeva (46 kq) isə 3-cü yeri tutub.