Antalyada hakimlərlə görüş - Video
Xəbərlər / 2 Fevral 2018 | 16:07259
Antalyada hakimlərlə görüş - Video

"Qəbələ" 2017/18 mövsümünün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. "Gloria" oteldə məskunlaşan komanda toplanışın son günlərini də aktiv proqramla keçirir. Ötən gün komandanın yerləşdiyi otelə gələn azərbaycanlı hakimlər - İnqilab Məmmədov və Mübariz Haşımov məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Hakimlər futbol qaydalarına edilən son dəyişikliklərdən danışıb, futbolçulara ətraflı məlumat veriblər. Oyundankənar vəziyyət, cərimə zərbələri, penalti və simulyasiya hərəkətləri ilə bağlı qaydalarda edilən dəyişikliklər videosüjetlərlə ətraflı izah edilib. Sonda komandamızın baş məşqçisi Roman Qriqorçuk qonaqlara təşəkkür edib, qarşıdakı çempionat oyunlarının idarəçiliyində uğurlar diləyib.