Antalyada ilk qələbə
Xəbərlər / 21 Yanvar 2022 | 18:44306
Antalyada ilk qələbə

“Qəbələ” – “Boreç” (Şimali Makedoniya) – 1:0

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Şimali Makedoniya təmsilçisi “Boreç”lə üz-üzə gəlib. Antalya toplanışındakı ikinci sınaqda baş məşqçi Elmar Baxşıyev start heyətində aşağıdakı “11-liy”ə şans verib: Kristof Atanqana, Ruan Renato, Kamal Mirzəyev, Məqsəd İsayev, Emil Səfərov, Ehtiram Şahverdiyev, İsnik Alimi, Fernan Lopez, Omar Hani, Rövlan Muradov, Ülvi İskəndərov.

Hər hissəsi 35 dəqiqədən ibarət olan qarşılaşma “Qəbələ”nin üstünlüyü ilə keçib. Bir neçə qol imkanı yaradan “qırmızı-qaralar” bu epizodlardan birindən yararlanıb. 11-ci dəqiqədə Omar Hani fərqlənib. Bu top komandamıza minimal hesablı qələbə qazandırıb. İkinci hissədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri olsa da, hesab dəyişməyib. Bu, “Qəbələ”nin Antalya toplanışında ilk qələbəsi olub. 

Xatırladaq ki, Türkiyə toplanışındakı ilk matçında Polşa “Zaqlembe”si ilə görüşən (1:2) “qırmızı-qaralar” yanvarın 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.