Antalyada ilk sınaq
Xəbərlər / 11 Yanvar 2023 | 21:521772
Antalyada ilk sınaq

“Qəbələ” sabah yoxlama oyunu keçirəcək. Yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” ilk sınağına çıxacaq.

Mövsümün ikinci yarısının hazırlığı çərçivəsindəki ilik dueldə rəqib Rumıniyanın “Sepsi” klubu olacaq. “Arcadia Sports Senter”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Əsası 2011-ci ildə qoyulan “Sepsi” Rumıniya kubokunun və Superkubokun son qalibidir. Rəqibimiz ötən mövsüm Liqa1-də 7-ci yeri tutub. Cari çempionatın 21 oyununda 32 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. 

Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

 

Yoxlama oyunu

12 yanvar

16:00. “Qəbələ” – “Sepsi” (Rumıniya)

“Arcadia Sports Senter”