Antalyada üçüncü sınaq
Xəbərlər / 15 Yanvar 2023 | 19:411819
Antalyada üçüncü sınaq

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 4-də başlayan Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxacaq. Qardaş ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.

Eyni adlı şəhəri təmsil edən klubun əsası 1945-ci ildə qoyulub. “Sarı-göylər” 1996/97 mövsümündə debüt etdiyi yüksək liqanın daimi iştirakçısına çevrilib. 1998/99 mövsümündə Çexiya çempionatının gümüş mükafatını qazanan komanda 2004/05 mövsümündə üçüncü yeri tutub. Teplitselilər 2002/03 və 2008/09 mövsümlərində ölkə kubokuna sahib çıxıb. Son iki mövsümdə 15-ci olan komanda cari çempionatda qış fasiləsinədək keçirdiyi 16 matçda 19 xal toplayıb. Komanda 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Komandamız yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.

Yoxlama oyunu

16 yanvar

16:00. “Qəbələ” – “Teplitse” (Çexiya)

“Miracle” otelinin meydançaları