«Apollon» – «Qəbələ» oyununu ukraynalı hakimlər idarə edəcək
Xəbərlər / 25 İyul 2015 | 17:14189
«Apollon» – «Qəbələ» oyununu ukraynalı hakimlər idarə edəcək

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. “Qırmızı-qaralar”ın Kiprin “Apollon” klubu ilə səfərdəki qarşılaşmasını ukraynalı hakimlər idarə edəcək. İyulun 30-da baş tutacaq görüşün referisi Sergey Boyko olacaq. Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionundakı matçda ona həmyerliləri kömək edəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək cavab oyunu Bakıdakı “Bakcell Arena”da baş tutacaq. Oyun saat 21:00-da başlayacaq.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
30 iyul
22:00. “Apollon” (Limassol, Kipr) – “Qəbələ” (AZƏRBAYCAN)
Baş hakim: Sergey Boyko (Ukrayna)
Baş hakimin köməkçiləri: Aleksandr Korniyko, Vladimir Volodin (hər ikisi Ukrayna)
Dördüncü hakim: Anatoli Abdula (Ukrayna)
UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya)
UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)
Larnaka. “Antonis Papadopulos” stadionu