Bu gün Misli Premyer Liqasında III tura start veriləcək.
İkinci oyun günündə meydana çıxacaq “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olacaq. Bu, komandalar arasında 8-ci duel olacaq.
Əvvəlki 7 qarşılaşmada 3 qələbəsi olan “qırmızı-qaralar” 2 heç-heçə edib və 2 görüşdən xalsız ayrılıb. “Qəbələ” top fərqində də üstünlüyə malikdir – 12-8. “Qırmızı-qaralar”ın bu matçlardakı bombardiri Osama Xalayla 3 qola imza atıb.
Əvvəlki matçların dördü Premyer Liqaya, üçü kuboka təsadüf edib. Çempionatda bir qələbə və bir heç-heçəsi olan “Qəbələ” iki görüşdən xalsız ayrılıb. Bu qarşılaşmalarda 4 qol vuran futbolçularımız 7 top buraxıb.
“Liv Bona Dea Arena”da baş tutacaq matç komandamızın “Araz-Naxçıvan”la 4-cü səfər oyunu olacaq. Rəqib meydanındakı üç oyundan ikisində heç-heçə edib, birində uduzan komandamız 2 qol vurub, 4-nü buraxıb. Son iki səfər 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, sabah “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:30-da start götürəcək. "Araz-Naxçıvan" - "Qəbələ" qarşılaşmasının baş hakimi Elçin Məsiyev olacaq.
2022/23 mövsümü
22.11.2022. Azərbaycan kuboku. Qəbələ - Araz-Naxçıvan - 5:0
Məqsəd İsayev, 30; Ramon Maçado, 56; İsnik Alimi, 60; Felipe Santos, 63; Ülvi İsgəndərov, 74
2023/24 mövsümü
12.08.2023. Premyer Liqa. Araz-Naxçıvan - Qəbələ - 2:0
İsmail Azzaui, 17; Elvis Maşike, 83
22.10.2023. Premyer Liqa. Qəbələ - Araz-Naxçıvan - 1:4
Samuel Tetteh, 37 // Turan Manafov, 32; Kadiri Mohammed, 45; Elvis Maşike, 69; Miço Kuzmanoviç, 72
31.01.2024. Azərbaycan kuboku. Araz-Naxçıvan - Qəbələ - 1:1
Elvis Maşike, 45 // Samuel Tetteh, 11
09.02.2024. Azərbaycan kuboku. Qəbələ - Araz-Naxçıvan - 2:0
Osama Xalayla, 39; Urfan Abbasov, 42
16.03.2024. Premyer Liqa. Araz-Naxçıvan - Qəbələ - 1:1
Numan Kurdiç, 43 // Osama Xalayla, 67
19.05.2024. Premyer Liqa. “Qəbələ” – “Araz-Naxçıvan” – 2:0
Osama Xalayla, 51; Əyyub Allaş, 87