Misli Premyer Liqasında II turun oyunları üçün təyinatlar açıqlanıb. “Araz-Naxçıvan”ın qonağı olacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib. Avqustun 12-də Bakıdakı “Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq. Ona Akif Əmirəli və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.
Misli Premyer Liqası
II tur
12 avqust (şənbə)
18:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Dalğa Arena”