Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları müəyyənləşib. Sabah start götürəcək mərhələnin matçlarını idarə edəcək hakimlər də bəlli olub.
“Qəbələ”nin “Araz-Naxçıvan”la yanvarın 31-də keçiriləcək səfər matçını Rauf Allahverdiyev idarə edəcək. Onun köməkçiləri Vüsal Məmmədov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşması saat 16:00-da başlayacaq.
Azərbaycan kuboku
1/4 final, ilk oyun
31 yanvar (çərşənbə)
16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Dalğa Arena”