Misli Premyer Liqasında XXVII turun oyunları üçün təyinatlar açıqlanıb. “Araz-Naxçıvan”ın qonağı olacaq “Qəbələ”nin səfər matçının hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi müəyyənləşib.
Martın 16-da Bakıdakı “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Qəbələ” oyunu saat 18:30-da başlayacaq.
Misli Premyer Liqası
XXVII tur
16 mart (şənbə)
18:30. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Liv Bona Dea Arena”