“Araz-Naxçıvan” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 28 Avqust 2025 | 10:5012683
“Araz-Naxçıvan” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında III turun oyunları üçün təyinatlar açıqlanıb. 

 

 Avqustun 30-da “Liv Bona Dea Arena”da keçiriləcək "Araz-Naxçıvan" - "Qəbələ" qarşılaşmasının baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. 

 

Rauf Cabarov VAR, Kamran Bayramov AVAR olacaq. İmanxan Sultani hakim-inspektor, Elman Musayev AFFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qəbələ” oyunu saat 20:30-da başlayacaq.